Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin açılışında iştirak edib

25 Sentyabr 2026 23:19 (UTC+04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib.

SİA xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib. O qeyd edib ki, şirkətin Azərbaycandakı fəaliyyəti yüksəkixtisaslı İKT mütəxəssislərinin yetişdirilməsi, yerli oyun ekosisteminin inkişafı və innovativ startapların dəstəklənməsinə töhfə verir:

"Hazırda Mərkəzdə 79 əməkdaş çalışır və onların 95 faizi proqram təminatının hazırlanması üzrə mütəxəssislərdir. Əminik ki, "Xsolla" ilə əməkdaşlığımız rəqəmsal məhsul və xidmətlərin ixracının genişləndirilməsinə, yerli oyun tərtibatçılarının beynəlxalq bazarlara çıxışına və ölkəmizin rəqəmsal oyun sənayesinin inkişafına əlavə stimul verəcək".

Mətləb