Bu ölkədə hərbi təyyarə qəzaya uğrayıb, 13 ölü var

25 Sentyabr 2026 23:03 (UTC+04:00)

Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb.

"Reuters" agentliyinin məlumatına görə, bu barədə Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki Bokinda bildirib.

Onun sözlərinə görə, təyyarə ölkənin cənub-qərbində yerləşən Kikvit şəhərindən paytaxt Kinşasaya uçarkən texniki nasazlıq yaranıb. Ekipaj Kenge şəhərində eniş etməyə cəhd göstərib, lakin orada eniş zolağının olmaması səbəbindən təyyarə yaşayış ərazisində qəzaya uğrayıb.

"Kengədə eniş zolağı olmadığı üçün təyyarə yaşayış sahəsinə çırpılıb", - Bokinda bildirib.

Mətləb