Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Ağıllı iqtisadiyyatlar: süni intellekt, innovasiya və rəqəmsal transformasiya” mövzusunda panel sessiya keçirilib.
SİA xəbər verir ki, paneldə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov açılış nitqi ilə çıxış edib. O, süni intellekt texnologiyalarının geniş tətbiqinin, innovasiyaların təşviqinin və rəqəmsal transformasiyanın məhsuldarlığın artırılması və biznes proseslərinin təkmilləşdirilməsində əhəmiyyətini vurğulayıb.
Müzakirələr zamanı rəqəmsal infrastrukturun və innovasiya ekosistemlərinin inkişafı, dövlət, biznes və cəmiyyət üzrə rəqəmsal transformasiyanın genişləndirilməsi məsələlərinə toxunulub.
Paneldə süni intellektin iqtisadiyyat və biznesin transformasiyasına təsiri, məhsuldarlığın və rəqabətqabiliyyətliliyinin artırılması imkanları müzakirə edilib. Eyni zamanda, texnologiyanın sənaye və istehsal, ticarət, maliyyə, enerji və digər sahələrdə tətbiqi, əlavə dəyərin yaradılması və yeni inkişaf istiqamətlərinin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Sessiyada texnologiya şirkətləri, startaplar və dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və innovasiya ekosistemlərinin formalaşdırılması məsələləri də diqqət mərkəzində olub.