Azərbaycan və Şimali Makedoniya arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji sahəsində birgə fəaliyyətin intensivləşdirilməsi, prioritet layihələrin həyata keçirilməsi və biznes dairələri arasında əlaqələrin inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.