Lukaşenko Belarus qoşunlarını Rusiyaya göndərdi

25 Sentyabr 2026 18:12 (UTC+04:00)

Belarus Silahlı Qüvvələrinin hərbçiləri Rusiyanın təlim poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir sıra təlimlərində iştirak edəcəklər.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, Belarus kontingenti KTMT Kollektiv Sürətli Reaksiya Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə "Qarşılıqlı Əlaqə-2026" komanda-qərargah təliminə qoşulacaq.

Rusiya həmçinin kəşfiyyat qüvvələri və vasitələrinin iştirakı ilə "Axtarış-2026" və logistika dəstəyi ilə "Eşelon-2026" xüsusi təlimlərinə ev sahibliyi edəcək.

Əli Babayev