“Atəşgah” Sığortanın sədri İSB Himayəçilər Şurasına üzv seçilib

25 Sentyabr 2026 17:47 (UTC+04:00)

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının İştirakçılarının növbədənkənar iclası keçirilib. İclasda təşkilati məsələlər müzakirə edilərək müvafiq qərar qəbul olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qərara əsasən, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının tərkibində yeni təyinat olub.

“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə heyətinin sədri Əhmədov Elçin Rəşid oğlu Himayəçilər Şurasının yeni üzvü təyin edilib. O, bu vəzifədə Əliyev Azər Əmiraslan oğlunu əvəz edib.