Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbiya Respublikasının idman naziri Zoran Qayiç arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.
Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirlib.
Görüşdə iki ölkə arasında bu sahədə gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qəbulda Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç də iştirak ediblər.