Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

25 Sentyabr 2026 16:12 (UTC+04:00)

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobxidzeni doğum günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Baş nazir təbrik məktubunda bildirb ki, Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir:

"Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaradıb".

Əli Əsədov iki ölkənin və xalqlarının firavanlığı, regionunun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu və strateji tərəfdaşlığının bundan sonra da dərinləşməyə və möhkəmlənməyə davam edəcəyini qeyd edib:

"Sizi bir daha ürəkdən təbrik edir, yeni yaşınızda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram"