"Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir" - TƏHSİL EKSPERTİ

25 Sentyabr 2026 15:49 (UTC+04:00)

"Məktəb mühiti üçün məktəbli forması sadəcə geyim tərzi yox, həm də tədris intizamının ayrılmaz tərkib hissəsidir. Bu gün dünyanın bir çox yüksək inkişaf etmiş təhsil ölkələrinə diqqət etsəniz, orada məktəbli formalarının necə vacib faktor olduğunu görə bilərsiniz. Məktəb bəlli geyim forması ilə şagirdlərin hər birini eyni intellektual çətir altına yığır, onlara eyni dəyərlərin tərkib hissəsi olmaq düşüncəsini aşılayır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu səbəbdən də aidiyyəti dövlət qərarını daha çox məhz şagird psixologiyasına müsbət təsir mexanizmi kimi dəyərləndirməliyik:

"Beynəlxalq standartlarda bir detala gəlin, xüsusi diqqət edək: yəqin ki, siz də müşahidə etmisiniz, istər təhsili güclü olan ölkələrdə, istər təhsili geri qalan yerlərdə, istər iqtisadi baxımdan zəngin, istərsə də kasıb dövlətlərdə – hər yerdə məktəblərdə vahid geyim formasından istifadə edilir. Sizcə, təkcə bu detal vahid şagird geyim formasının nə dərəcədə vacib olmasından xəbər vermirmi?

Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir. Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır".