İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb.
Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya keçirilib.
SİA xəbər verir ki, sessiya çərçivəsində müxtəlif istiqamətləri əhatə edən 11 sənəd imzalanıb.
İmzalanan sənədlərin investisiya əməkdaşlığının genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və regionlararası iqtisadi əlaqələrin inkişafına töhfə verməsi nəzərdə tutulur.