Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.
SİA xəbər verir ki, yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Bu gün, həmçinin Formula 2 üzrə əsas yarış keçiriləcək.
Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.