“Azərbaycan hökumətinin effektivlik indeksində mühüm irəliləyiş qeydə alınıb“ -VALERİO DE MOLLI

25 Sentyabr 2026 11:29 (UTC+04:00)

Azərbaycan hökumətinin effektivlik indeksində mühüm irəliləyiş qeydə alınıb

SİA xəbər verir ki, bunu “The European House – Ambrosetti & TEHA Group”un CEO-su və idarəedici tərəfdaşı VALERİO DE MOLLI deyib.

O bildirib ki, Azərbaycanın hökumət effektivliyi indeksində son 25 ildə əldə etdiyi irəliləyiş diqqətəlayiqdir.

“Statistikaya baxdıqda, son 25 ildə bu göstərici üzrə Azərbaycanın dünyada ikinci ən böyük irəliləyişə nail olduğu görünür”, – deyə VALERİO DE MOLLI qeyd edib.

Onun sözlərinə görə, son 5-6 il ərzində Azərbaycanın bir sıra əsas göstəricilərində də əhəmiyyətli dinamika müşahidə olunub. Ali məktəb məzunlarının sayı üzrə Azərbaycan dünyada 10-cu, elmi nəşrlərin artımı üzrə birinci, ümumi amil məhsuldarlığının dinamikası üzrə səkkizinci, ümumi vergi dərəcəsi üzrə altıncı, birbaşa xarici investisiyaların artımı üzrə isə altıncı yerdə qərarlaşıb.