2026-cı il Formula 1 üzrə Azərbaycan Qran-prisinin sıralama turu bu gün, sentyabrın 25-də Bakı şəhər halqasında keçiriləcək.
SİA xəbər verir ki, sıralama turu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Yarış həftəsonunun proqramında dəyişikliklər olduğu üçün sıralama turu şənbə günü deyil, bu gün təşkil olunacaq.
Buna səbəb sentyabrın 27-nin Azərbaycanda Anım Günü olmasıdır. Yarışın bu tarixlə üst-üstə düşməməsi üçün Formula 1 Azərbaycan Qran-prisinin bütün proqramı bir gün əvvələ keçirilib.
Yenilənmiş təqvimə əsasən, sentyabrın 24-də ilk iki sərbəst yürüş baş tutub. Bu gün isə üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.