Formula 2 üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.
Mübarizəni “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç qalib kimi tamamlayıb. O, yarış boyunca rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.
“Trident” komandasının pilotu Laurens Van Hoepen ikinci, “Rodin Motorsport” təmsilçisi Aleks Dann isə üçüncü olub.