“Qeyri-neft sektoruna investisiyalar qlobal dəyər zəncirlərinə inteqrasiyanı gücləndirir” -SAMİR ŞƏRİFOV

25 Sentyabr 2026 10:36 (UTC+04:00)

Bu tərəfdaşlıqlar və qeyri-neft sektoruna artan xarici investisiyalar istehsal, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiyaya yol açır.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsbət iqtisadi tendensiyalar beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınıb. “Fitch” və “Moody’s” Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəldib.

Samir Şərifov bildirib ki, Azərbaycanın maliyyə dayanıqlılığı da yüksək səviyyədədir. Onun sözlərinə görə, 2021-ci ilin sonuna strateji valyuta ehtiyatları ÜDM-in 110 faizini ötüb.

Baş nazirin müavini qeyd edib ki, qabaqcıl texnologiyaların tətbiqinə, məhsuldarlığın artırılmasına, ixtisaslı iş yerlərinin yaradılmasına və qlobal dəyər zəncirlərinə inteqrasiyanın gücləndirilməsinə xidmət edən layihələrə xüsusi əhəmiyyət verilir.