Sabirabadda iki avtomobil toqquşub- ölən var

24 Sentyabr 2026 22:31 (UTC+04:00)

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Osmanlı kəndinin ərazisində qeydə alınıb.

Belə ki, “Vaz 2106” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəzada Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü Rahim İbrahimov ölüb.

Mətləb