Qazaxıstanda matəm elan edildi - 9 hərbçi vəfat edib

24 Sentyabr 2026 22:19 (UTC+04:00)

Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçularla əlaqədar sentyabrın 25-də ümummilli matəm elan edilib.

SİA xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev imzalayıb.

Qeyd edək ki, bu gün Xəzər dənizində təlimlər zamanı Qazaxıstanın 19 hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub. 7 nəfərin axtarışları aparılır.

Mətləb