"Məhsul hər zaman öndə olub. Məhsulun keyfiyyəti və ona olan tələb nə qədər çox olarsa onun influns ehtiyacı daha aşağı olur. Əksinə məhsulun keyfiyyətdə "gücü" zəif olanda daha çox reklam və influenser dəstəyinə ehtiyac olur(istisnalar da var)".
Bu sözləri SİA-ya açıqlamasında marketoloq Bəylər Əlizadə deyib.

Onun sözlərinə görə, ümumilikdə gələcəkdə də bugünki kimi bu bölgü bir-birinə yaxın olacaq:
"Əgər daha çox birini önə çıxarmalıyıqsa məhsul daha çox öndə olacaq, çünki influenserlərin sayının bu qədər çox artması və xüsusilə ölkəmizdə fəaliyyətlərinin əsasən düzgün təşkil edilməməsi ümumilikdə həmin sahəyə inamı azaldacaq.
Əvəzində isə məhsulla daha çox maraqlanma, istehsal, xammalla maraqlanma kimi hallar isə artır. İstehlakçılar artıq daha diqqətli davranmağa başlayıblar.
Buna görə də zamanla sahibkarlar məhsullarını daha çox önə çəkə bilərlər. Ümumiyyətlə düzgün olan da budur. Məhsulu düzgün təqdim edə bilsələr, influenserlərdən olan asılılığı azalar və daha sağlam şəkildə böyüyə bilər".