İtaliya parlamentinin Senatının deputatları ölkənin nüvə energetikasından imtina etməsindən təxminən 40 il sonra onun yenidən inkişafına imkan verən qanunu qəbul ediblər. SİA bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Qanun hər hansı reaktorun tikintisinə icazə vermir, yalnız "gələcək layihələr üçün hüquqi əsas" yaradır.
Ölkədə atom enerjisi istehsalının bərpası üçün vaxt tələb olunur və İtaliyanın nüvə energetikası obyektlərinin tikintisinə və istismarına nə vaxt başlaya biləcəyi hələlik məlum deyil.
Mətləb