İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin oğlu Neriah Leyter İordan çayının Qərb sahilində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə edilən hücum zamanı ağır yaralanıb.
"The Jerusalem Post" nəşrinin yazdığına görə, ABŞ vətəndaşlığı da olan Neriah Leyter hazırda İsrail ordusunda ehtiyat hərbi qulluqçu kimi xidmət edir.
Hadisə İsrailin Modi"in şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində baş verib. Məlumata görə, avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Həmin vaxt postda xidmət aparan Leyter ağır xəsarətlər alıb. O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb və hazırda tibbi nəzarət altında saxlanılır.
"The Times of Israel"in məlumatına görə, hücum edən şəxs Fələstinin qonşu Beyt-Ur-ət-Taxta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Sliman olub və o, hadisə yerində öldürülüb.
Mətləb