"Unibank" sahibkarların yaşıl və dayanıqlı layihələrinin maliyyələşdirilməsi üçün Yaşıl kredit məhsulunu təqdim edir. Yeni məhsul bizneslərə ekoloji təsirin azaldılması ilə yanaşı, daha səmərəli və uzunmüddətli perspektivdə daha dayanıqlı biznes modelinin qurulmasına xidmət edən investisiyaları sərfəli şərtlərlə həyata keçirmək imkanı yaradır.
Yaşıl kredit 5 ilədək müddətə, illik 12 faizdən başlayan faiz dərəcəsi və 6 ayadək güzəşt müddəti ilə təqdim olunur. Kredit üzrə prosedur komissiyası 0 faizdir. Beləliklə, sahibkarlar yaşıl investisiyalarını daha əlverişli maliyyələşmə şərtləri ilə həyata keçirərək artıq ilkin mərhələdə maliyyə üstünlüyü əldə edə bilərlər.
Yaşıl kredit geniş spektrli layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub və aşağıdakı istiqamətləri əhatə edir:
Bu layihələr bizneslərə yalnız ətraf mühitə təsirlərini azaltmağa deyil, eyni zamanda enerji, su, xammal və digər resurslardan daha səmərəli istifadə etməyə, əməliyyat xərclərini optimallaşdırmağa, müasir texnologiyalara keçməyə və dəyişən bazar şəraitinə qarşı daha dayanıqlı olmağa imkan yarada bilər.
Başqa sözlə, yaşıl investisiya yalnız ekoloji seçim deyil, həm də uzunmüddətli biznes investisiyasıdır. Daha aşağı maliyyələşmə xərcləri ilə başlayan bu üstünlük, zamanla resurslara qənaət, daha səmərəli əməliyyatlar, yeni texnologiyaların tətbiqi və biznesin iqlim və bazar risklərinə hazırlığının güclənməsi ilə davam edə bilər. Bütün bunlar sahibkarların rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və uzunmüddətli gəlirlilik potensialını gücləndirə bilər.
“Unibank”ın Yaşıl krediti sahibkarlara bugünkü biznes ehtiyaclarını maliyyələşdirməklə yanaşı, gələcək üçün daha səmərəli, rəqabətqabiliyyətli və dayanıqlı biznes qurmağa dəstək verir.
Yeni məhsul “Unibank”ın dayanıqlı maliyyələşmənin genişləndirilməsi, bizneslərin yaşıl transformasiyasının dəstəklənməsi və ölkədə dayanıqlı iqtisadi fəaliyyətlərin maliyyələşdirilməsinin artırılması istiqamətində növbəti addımıdır.
Biznesinizin gələcəyinə yaşıl investisiya edin – layihənizi “Unibank”ın Yaşıl krediti ilə reallaşdırın.
Unibank – Sənin Bankın!