Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəbinə və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.