Corciya Meloni məyusdur

23 Sentyabr 2026 16:45 (UTC+04:00)

İtaliya Baş naziri Corciya Meloni ötən ilin büdcə kəsiri göstəricisindən məyus olduğunu bildirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, “Rai Uno” telekanalının “Porta a Porta” proqramının efirində danışıb.

Kəsir ÜDM-in 3,1 faizini təşkil edib. Bu isə ölkənin Avropa İttifaqının başlatdığı pozuntu prosedurundan çıxmasına imkan vermir. Baş nazir qeyd edib ki, İtaliya hökuməti artıq işin 90 faizini yerinə yetirib.

“Məyusam. Biz kəsirin 8,1 faizdən 3,08 faizə qədər azaldılmasına gətirib çıxaran son dərəcə mürəkkəb vəzifəni yerinə yetirdik. Bu, işin 90 faizinin artıq görülmüş olduğu və son addıma çox yaxın olduğumuz vəziyyətdir. 3 faizdən aşağı göstəricini qoruyub saxlamaq bizə pozuntu prosedurundan vaxtından əvvəl çıxmaq imkanı verərdi”, - Corciya Meloni vurğulayıb.

Ayşən Vəli