“NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi rəqibləri çaşdırmaq üçün qəsdən qeyri-müəyyən şəkildə ifadə edilib”.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
“5-ci maddə qəsdən birmənalı olmayan şəkildə hazırlanıb, biz heç vaxt heç kimə birbaşa şəkildə onun tətbiq edilib-edilmədiyini deməyəcəyik. Biz rəqiblərimizə daha ağıllı olmağa kömək etmək istəmirik”, - Rutte ABŞ-nin Ayova ştatında keçirilən forumda qeyd edib.
O qeyd edib ki, söhbət hibrid hücumlardan getdikdə NATO ictimaiyyətə bəyan etmədən cavab verə və alyansın cavabı həm simmetrik, həm də asimmetrik ola bilər.
Ayşən Vəli