İlham Əliyev əfv Sərəncamı imzalayıb

23 Sentyabr 2026 11:21 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Sənədə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.

Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2026-cı il 10 mart tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Dadaşov Əziz İman oğlu cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.