Azərbaycanın İrandakı Səfirliyindən TƏCİLİ BİLDİRİŞ

22 Sentyabr 2026 22:25 (UTC+04:00)

İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsi ilə əlaqədar hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Azərbaycanın İrandakı Səfirliyindən SİA-ya verilən məlumatda qeyd edilir ki, ölkəmizə qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.

İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan Respublikası vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur.

Əlavə məlumat və dəstək üçün:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri:

+989018845531
+989055230107
+982122596303

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri:

+989144721410
+984133334802