Tramp, Frederiksen və Nilsendən Qrenlandiya üzrə SAZİŞ

23 Sentyabr 2026 01:22 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen Nyu-Yorkda ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə və ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun gücləndirilməsinə yönəlmiş saziş imzalayıblar.

SİA xəbər verir ki, imzalama mərasimi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Tramp bu sazişin uzun müddət hazırlandığını qeyd edib: "Bu, Avropa və Birləşmiş Ştatlar üçün böyük bir addımdır".

Frederiksen də bu razılaşmanı yüksək qiymətləndirərək sənədin əbədi qüvvədə ola biləcəyini bildirib. Onun sözlərinə görə, saziş ümumi təhlükəsizliyin və çəkindirmə sisteminin gücləndirilməsini nəzərdə tutur, həmçinin tərəflərin rəqiblər qarşısında birlik nümayiş etdirməsini təmin edir.

O qeyd edib ki, sənəd rəqiblərin Qrenlandiyaya nəzarəti ələ keçirməsinə və ya burada əhəmiyyətli təsir əldə etməsinə imkan verməyəcək, həmçinin müttəfiqlərin Arktikadakı mövcudluğunun gücləndirilməsinə kömək edəcək.

Mətləb Salahov