Almaniyanın qərbində, ABŞ-ın Spangdahlem aviabazasının yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Welt" Almaniyanın Eifel dairəsinin yerli hakimiyyət orqanları istinadən məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəzanın səbəbləri və təyyarənin kimə məxsus olduğu barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.