Paşinyan Türkmənistana səfər edəcək

22 Sentyabr 2026 17:59 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistana səfər edəcəyi gözlənilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Aşqabaddakı səfiri Arsen Avagyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın səfərinin oktyabrın 19-da başlayacaq BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci (COP17) sessiyasına qədər baş tutması ehtimal olunur.

Səfir qeyd edib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ermənistan liderinin səfərinə cavab olaraq COP17 çərçivəsində İrəvana səfər edəcək.

Qeyd edək ki, COP17 Ermənistanın paytaxtı İrəvanda keçiriləcək.