ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya hazırladı

22 Sentyabr 2026 16:14 (UTC+04:00)

ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiya paketi hazırlayıb və yaxın vaxtlarda tətbiq edəcək.

SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sanksiya tətbiq olunarsa, ABŞ vətəndaşlarına və şirkətlərinə xüsusi icazə olmadan bu məhkəməyə hər hansı mal, xidmət və ya maliyyə dəstəyi vermək qadağan ediləcək.

Məhdudiyyətlər BCM-in gündəlik maliyyə əməliyyatlarını, İT xidmətlərinin satın alınmasını və işçilərin maaş ödənişlərini çətinləşdirə bilər.

Ayşən Vəli