Tramp Məsud Pezeşkianla görüşə hazırdır

22 Sentyabr 2026 16:12 (UTC+04:00)

ABŞ dövlət katibi Marka Rubio İran nümayəndələri ilə görüşə hazır olduğunu bildirib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə M.Rubio BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində açıqlama verib.

"Prezident istənilən şəxslə görüşməyə hazırdır, o hesab edir ki, problemlərin həlli üçün insanlarla qarşılıqlı əlaqə vacibdir. Hələlik heç nə planlaşdırılmayıb, lakin biz belə təmaslara açıqyıq, xüsusən də bu, müsbət nəticəyə və əsas məqsədə – İranın heç vaxt nüvə silahına malik olmamasına gətirib çıxaracağı təqdirdə", - M.Rubio ABŞ Prezidenti Donald Trampın ölkəsində səfərdə olan iranlı həmkarı Məsud Pezeşkianla görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Ayşən Vəli