Ağ Ev 24 saatlıq “Trump TV” yayımını istifadəyə verib

22 Sentyabr 2026 11:42 (UTC+04:00)

Ağ Ev CNN, MS NOW və Politico-nun girişinə qoyulan qadağadan sonra “TRUMP TV: The Essentials Station” adlı 24 saatlıq rəqəmsal yayım platformasını istifadəyə verib. Kanal administrasiyanın açıqlamalarını, prezidentin çıxışlarını və Ağ Evin seçdiyi digər materialları yayımlayacaq.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ağ Evin həyətində yeni helikopter meydançasının təqdimatı zamanı Trampın çıxışının televiziya kanallarında canlı yayımı baş tutmayıb. Ağ Evin yaydığı görüntülərdə isə prezidentin səsi əsasən helikopterin səsi fonunda eşidilib.