Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan idmançıları daha 3 medala sahib olublar. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildirilib ki, yarışın növbəti günündə M3 yaş kateqoriyasında mübarizə aparan Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kiloqram), eləcə də M4 yaş kateqoriyasında çıxış edən Anar Ağayev (-90 kiloqram) mundialın bürünc medalını qazanıblar.
Xatırladaq ki, çempionatın ilk günündə Azərbaycan təmsilçilərindən Məmmədəli Mehdiyev (-100 kiloqram) qızıl, Əbülfət İsmayılov (-60 kiloqram), Mahir Abbasov (-81 kiloqram) və Coşqun Abdullayev (-90 kiloqram) isə bürünc medal əldə etmişdilər.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.
Mətləb