Bakıda yaşayış binasında yanğın başlayıb

21 Sentyabr 2026 18:13 (UTC+04:00)

Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.