Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

21 Sentyabr 2026 20:26 (UTC+04:00)

...Ukraynanın “Naftoqaz” və Macarıstanın enerji şirkətləri MOL, Ukrayna-Macarıstan sərhədi yaxınlığında Macarıstan ərazisində neft anbarlarının tikintisi ilə bağlı memorandum imzalayıblar.

SİA xəbər verir ki, bu barədə "Naftoqaz" özünün Telegram kanalında məlumat verib. Sənəd Karpat səkkizliyi sammiti çərçivəsində imzalanıb.

Ukrayna şirkətinin idarə heyətinin sədri Sergey Fedorenko bildirib ki, təchizat marşrutlarının şaxələndirilməsi və atəş zonasından kənarda əlavə neft anbarlarının yaradılması yanacaq infrastrukturuna davamlı hücumlar fonunda bütün bazarın sabitliyi məsələsidir.

O əlavə edib ki, gələcəkdə birgə layihənin həyata keçirilməsi yalnız Ukrayna istehlakçıları üçün yanacaq təchizatının etibarlılığını artırmaqla yanaşı, həm də Ukrayna ilə Macarıstan arasında sərhədyanı enerji infrastrukturunun qarşılıqlı faydalı inkişafına töhfə verəcək.

Əli Babayev