""Əsrin müqaviləsi" xarici investisiyaların Azərbaycana yolunu açdı" - DEPUTAT DANIŞDI

21 Sentyabr 2026 12:44 (UTC+04:00)

"Bu gün Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 32 -ci ildönümüdür".

Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində, iqtisadi dirçəlişində və qlobal geosiyasi xəritədə mövqeyinin təsdiqlənməsində həlledici rol oynamış tarixi hadisədir:

"Bugünkü uğurlara yol açan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 32 il zaman baxımından çox da böyük olmayan bir rəqəm kimi ifadə edilsə də əldə olunan uğurların miqyası, ən əsası Azərbaycanın iqtisadi imkanlarının artması fonunda siyasi mövqeyinin möhkəmlənməsi bu yolun zənginliyi barədə aydın təsəvvür yaradır. Bu sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə səciyyələndirmişdir ki, belə bir addımı atmaqla Azərbaycanın dünya, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdirdik.

Bu müqaviləni imzalamaqla Azərbaycan ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaranır , ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına qoşulması üçün əsas formalaşır. Bu müqavilə xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açır".