Həmkarlar ittifaqı təşkilatlarının iş üslubu və metodu müasir tələblərə cavab verməlidir

21 Sentyabr 2026 11:31 (UTC+04:00)

“Müasir dövrdə hüquqi və demokratik dövlət quruculuğu prosesini həmkarlar ittifaqları olmadan təsəvvür etmək qeyri-mümkündür”

İlham Əliyev

Son zamanlar sosial mediada həmkarlar ittifaqı haqqında əsaslı və əsassız müxtəlif tənqidi fikirlər geniş şəkildə yayılır.Bununla əlaqədar mənə çoxlu müraciətlər olur ki, bu fikirlərə münasibət bildirim.Təbiiki, bu müraciətlərin əsası var, həmkarlar ittifaqı mənə doğmadır, uzun illər həmkarlar ittifaqının təhsil müəssisəsində çalışmışam və həmişədə obyektiv fikirlərimi bildirmişəm.Respublikamızda həmkarlar ittifaqlarının “gücləndirilmiş iş rejimi dövrü ” (yay fəsli) bitdikdən sonra Mirzə Cəlilin “ sözünü o kəslərə de ki, sənə qulaq vermirlər ”, prinsipinə əsaslanaraq bəzi fikirlərim təkrarlansada elmi-kütləvi dildə qısa münasibət bildirmək qərarına gəldim.Eyni zamanda bunu özümə mənəvi borc hesab edirəm.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2001-ci ilin noyabr ayında Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyana bərabərhüquqlu üzv qəbul olunmuş və eyni zamanda AHİK-in üzv təşkilatları müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına üzv qəbul edilmiş və sıx əməkdaşlıq edirlər.

2002-ci ilin dekabr ayında AHİK-in o vaxtki sədri S.Mehbalıyev Mərkəzi və Şərqi Avropa ölkələri Həmkarlar ittifaqı Şurasının 9 nəfərdən ibarət idarə heyətinin üzvü, 2014-cü ildə Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının vitse-prezidenti seçilmişdir.AHİK-in indiki sədri S.Məmmədov da hazırda BHİK-nin vitse-prezidentidir.Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq əlaqələri çox genişdir.Bu çox fərəhləndirici haldır.

Amma Azərbaycan xalqının bir məsəli var –“ Əvvəl məscidin içi,sonra çölü ”.

Doğurdanda sosial mediadakı çıxışlardan görünür ki, içəridə görüləsi işlər çoxdur.

Mediada bildirilən bəzi fikirlərə nəzər salaq:

- həmkarlar ittifaqı lazımdırmı?

- hər ay əmək haqqından 2% həmkarlar ittifaqı vergisi (?!) tutulur, ancaq bundan heç bir fayda görmürük;

- niyə işə qəbul olarkən soruşmadan avtomatik olaraq ittifaqa qəbul edib üzvlük haqqı tuturlar;

- həmkarlar ittifaqı nə işə yarayır, tutulan pullar hara gedir;

- kimin cibinə axır mənim balamın boğazından kəsilən o vəsait;

- öz vəsaitimiz hesabına saxladığımız həmkarlar ittifaqı Sizi rəhbərliklə qarşılaşdığınız problemlər zamanı müdafiə edirmi?Hüquqlarınızı qoruyurmu? Sizimi müdafiə edir ya rəhbərliyin yanında olub, cəzalandırılmanızla bağlı məsələlərdə dərhal müsbət rəylə çıxışmı edir?

- konfederasiya pulları sümürməklə məşğuldur;

- o qədər hüququ pozulan işçi var ki, heç həmkarların qapısın tanımır;

- konfederasiya çox vaxt hüququ pozulan işçilərlə müəssisə rəhbərliyi arasına girmək istəmir;

- Bu üzdəniraqlar əksər hallarda özləri kimi üzdəniraq direktorlarla xırıd edirlər müəllimlərin boğazından kəsilənləri…..

- yollayış üçün müraciətə 12-ci dəfə imtina cavabı gəldi.

Daha çox təkrarlamağa lüzum bilmədiyim utancverici və gülünc doğuran fikirlər………

Çox təəsssüf olsun ki, görünür narazılıq edənlər həmkarlar ittifaqının əsas vəzifə və funksiyalarından məlumatsızdırlar.Birinci narazılıqlar sanatoriya-kurort yollayışları ilə əlaqədardır.Belə hesab edirlər ki,həmkarlar ittifaqının əsas vəzifəsi müalicə və ya istirahət üçün yollayış verməkdən ibarətdir.Bu işdə də ancaq AHİK-i günahlandırırlar?!

Burada həmkarlar ittifaqı haqqında Azərbaycan Respublikasının Qanunun tələblərini yada salmaq istəyirəm. “ Bu Qanun ……..Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, social, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir ”.

Lakin Qanunun bu tələblərini unudaraq çoxluğun əsas fikri ancaq güzəştli yollayış və maddi yardımlara fokslaşır.

Keçən yazılarımda bildirmişdim ki, sanatoriya-kurort müalicəsi məsələsi həmkarlar ittifaqlarının funksiyalarına daxil olmamalıdır.Bu məsələ 1960-cı ildə SSRİ-nin müstəqil olmayan həmkarlar ittifaqına həvalə edilmişdir.İnanıram ki, bu problem gec-tez öz həllini tapacaq.

Keçək böyük narazılıq, səs-küy yaradan yollayışların verilməsinin mövcud vəziyyətinə.Yollayışların əldə edilməsində şəffaflığın təmin edilməsi məqsədilə AHİK-in nəzdində Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi yaradılmışdır.Bu systemin yaradılmasında əməyi olan insanların işinə kölgə salmaqdan çox uzağam.Əziyyət çəkilib yaxşı sistem qurublar.Bu gün electron xidmətlərin tətbiqi zəruridir.Sosial mediadakı çıxışlardan görünür ki, böyük narazılıqların yaranmasına səbəb bu systemin işə salınmasıdır.Doğurdanda Rezervasiya ( öz dilimizin leksikası çox zəngindir) sözünü işlətməklə birdən-birə “ Amerika açmağa ” ehtiyac yox idi, mövcud vəziyyət nəzərə alınmalıydı.

Yenilik vacibdir.Həyat daim hərəkətdədir.Lakin yenilik xatirinə toplananların yerini dəyişməyə ehtiyac yoxdur.Onsuzda hasil dəyişmir.Hər şeyə alınıb-satılan əmtəə kimi baxmaq düzgün deyil.

Yollayışların verilməsi əməkçi insanların həmkarlar ittifaqlarının işində iştirakını həvəsləndirən motivasiya prinsiplərindən biridir.Buna görə həmkarlar ittifaqı üzvü yollayış əldə etmək üçün mütləq ilk təşkilata müraciət edilməlidir.İlk təşkilatda məsul şəxslər şəffaflıq naminə kollektivin rəyini nəzərə almaqla müraciəti təmin etmək üçün aidiyyatı qurumlarla məsələni həll etməlidir.

Yoxsa hamı bu məsələ ilə bağlı AHİK-i günahlandırır.Onda ilk təşkilat, birlik,rayon, şəhər komitələri, sahələr üzrə respublika komitələri nəyə lazımdır.

Təəssüf ki çoxları AHİK-ə dövlət qurumu-nazirlik kimi, sahələr üzrə respublika komitələrinə, birliklərə nazirliyin tabeliyində olan agentlik, departament kimi baxaraq deyirlər AHİK hara baxır?

Konfederasiya – müstəqil həmkarlar ittifaqları birlikləri və sahələr üzrə respublika komitələrinin öz müstəqilliklərini qorumaq şərtiylə müəyyən məqsədlərini müdafiə etmək üçün yaratdıqları könüllü birlikdir.Konfederasiyon təşkilatlar konfederasiyaya daxil olmaqda və konfederasiyadan çıxmaqda nizamnamə tələbləri gözlənilməklə tam sərbəstdirlər.

Obyektivlik naminə etiraf etməliyik ki, konfederasiya üzv təşkilatlarının mövqeyidə həmkarlar ittifaqı üzvlərini çaşbaş salır.Götürək təşkilatların simvollaşmış loqolarının dəyişdirilməsini.Buna ehtiyac hardan yaranmışdır?!Doğurdanmı keçmiş loqolarda qüsur var imiş?! Bu həmkarlar ittifaqı üzvlərinə izah olunub, onların rəyləri dinlənilməli idi….

Götürək Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Loqosunu Akademiya həmkarlar ittifaqları təhsil müəssisəsi olduğu üçün özünə DİALOQ rəmzini seçmişdir.Dialoq həmkarlar ittifaqları fəaliyyətinin əsas vasitəsidir.Bu gündə hesab edirəm ki, uğurlu seçim idi.Bu loqo ilə Akademiya yüksələn xətlə inkişaf etmişdir.Bu dəyişiklik ilə Elmi Şuranın razılaşması təəcüb doğurur.Yəqinki bu dəyişikliyə akademiyanın bir neçə nəfər işçisinin bir aylıq maaşları qədər pul xərclənib.

İctimai rəylərdən görünür ki, müvafiq məsul vəzifə daşıyan şəxslərin mövqe göstərməməsi vadar edir ki, həmkarlar ittifaqı üzvləri birbaşa AHİK-ə müraciət etsinlər.Hansı ki, AHİK həllini gözləyən böyük problemlərlə məşğul olmalıdır, üzv təşkilatlar problemləri ilə özləri sərbəst məşğul olmalıdır.

Hər bir həmkarlar ittifaqı üzvünün həmkarlar ittifaqı haqqında Qanunu və nizamnamə tələblərini bilməsi öz hüquq və vəzifələrini bilməsi deməkdir.Bu işdə üzv təşkilatlar özləri yardımçı olmalıdır.

Möhtərəm prezidentimiz İlham Əliyevin AHİK-in VIII qurultayına ünvanladığı məktubda deyilir: “ İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir”.

Həmkarlar ittifaqı haqqında Qanunun tələblərinə və prezidentimizin çağırışlarına cavab vermək üçün birinci növbədə həmkarlar ittifaqlarının bütün qurumlarındakı istər seçkili, istərsədə təyinatlı vəzifələrdə çalışan kadrlar öz hüquq və vəzifələrini dərindən bilməlidir. Onların səriştəliliyi, məsuliyyəti ilə bərabər ən ali insani prinsip olan halallığa sadiq olmaları zəruridir.

Həmkarlar ittifaqına nüfuzu kabinetlərdə şəkil çəkdirməyə hazırlaşan vəziyyətdə, təkəbbürlü əyləşən kadrlar yox, iş vaxtının çoxunu istehsalatda, iş yerlərində əməkçi insanların yanında olan kadrlar qazandıra bilər.

Həmkarlar ittifaqları orqanlarında çalışan kadrlar unutmamalıdır ki, aldıqları əmək haqqını əməkçi insanların verdiyi üzvlük haqqı təşkil edir.

Həmkarlar ittifaqı təşkilatlarında şəffaflıq daimi təmin olunmalıdır ki, yerli-yersiz narazııqlarda olmasın.Üzv təşkilatlar öz müstəqillikləriniqorumaqla,xidmətlərində olan təşkilatlarda seçkilərin şəffaf və ədalətli keçirilməsini təşkil etməklə ümumilikdə həmkarlar ittifaqının nüfuzunu artırmış olurlar.Belə olmasa gələcəkdə alternativ yanaşmalar yarana bilər.

Üzv təşkilatlar tərəfindən sahə həmkarlar ittifaqlarının cəmiyyətdə etibar qazanması üçün başqa məsələlərlə bərabər xüsusilə maliyyə işinin planlaşdırılmasını məqsədyönlü şəkildə işlənməsi təmin olunmalıdır.Perspektiv və cari məsələlər hərtərəfli təhlil olunaraq alqoritm sistemi yaradılmalıdır.

Bu cür yanaşmamanın nəticəsidir ki, üzv təşkilatların bu günə kimi mənzil qərargahının yerləşməsi üçün özlərinin xüsusi mülkiyyəti yoxdur, ümumrespublika həmkarlar ittifaqlarının sovetdənqalma paylı mülkiyyətində yerləşirlər.Ona görə də çox vaxt lazım gəldi-gəlmədi ünvanlarını dəyişməli olurlar….

Söhbət burda şəxslərdən getmir.Sədr bu gün biridir, sabah başqası olacaq.Söhbət vətəndaş cəmiyyəti quruculuğunda bilavasitə iştirak etməli olan həmkarlar ittifaqı təşkilatlarının nüfuzundan gedir.

Vəzifədən gedənlərin arxasınca danışmaqda çox “ istedadlıyıq ”.Yaxşı olarki, çatışmazlıqları vaxtında deyək ki, sonra “istedadımızı” nümayiş etdirməyə ehtiyac olmasın.

Mərkəzləşdirilmiş elektron informasiya sistemində əsas diqqəti sovet dövründəki kimi yollayışların əldə edilməsinə yox, ( bu atalar sözünü- “ Odu qoyub, külü tapdalamaq ”-ı xatırladır),həmkarlar ittifaqlarının mərkəzi qurumlarında:

Belə məlumatlar həmkarlar ittifaqı üzvlüyünün motivasiyasına çox müsbəttəsir edər.

Bu məsələlər haqqında vaxtlı-vaxtında həmkarlar ittifaqları üzvlərinin məlumatlandırılmaması şəffaflıq prinsipinə və motivasiyaya ciddi zərər vurur.

Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) AHİK-ə çevrilməsinin əsas səbəbi Şura tərəfindən şəffaflığa əməl edilməməsi, respublika komitələrinin hüquqlarının məhdudlaşdırılması, maliyyə işlərinə, təyinatlı vəzifələrə öz sahələrindən kadrların seçilib yerləşdirilməsinə müdaxilə və s.

1991-ci ildə Azərbaycan Avtonəqliyyat və Şosse yolları işçiləri həmkarlar ittifaqı Respubika Komitəsinin Plenumunda ilk dəfə alternativ yolla sədr seçkisi keçirilərkən kominist partiyasının və AHİŞ-in namizədini yox, Plenum üzvləri öz namizədlərini – Səttar Mehbalıyevi sədr seçdilər.Bu seçki AHİŞ-də faciə kimi qarşılandı….

Bununlada respublikamızın həmkarlar ittifaqlarının həyatında demokratik mühitin əsası qoyuldu.Nəticədə Konfederasiya yaradıldı.

Azərbaycanda həmkarlar ittifaqı fəaliyyətinin hüququ bazası ən yüksək səviyyədədir.Həmkarlar ittifaqı hərəkatının cəmiyyətimizdə layiqli nüfuz sahibi olmasına ulu öndər Heydər Əliyev və prezidentimiz İlham Əliyev tərəfindən həmişə xüsusi dəstək göstərilib.

Vətəndaş cəmiyyəti quruculuğunda həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev prezidentliyinin ilk yarım ilində- 24 fevral 1994-cü ildə “ Həmkarlar ittifaqları haqqında “ Azərbaycan Respublikasının Qanununu imzalamışdır.

Qeyd edim ki, keçmiş SSRİ məkanında həmkarlar ittifaqları haqqında qanun Pribaltika respublikalarından (1991) və Belarusdan ( 1992) sonra bizdə qəbul edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyyəsi ilə ali təhsilli mütəxəssis hazırlayan həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi yaradılmışdır.Hansıki, həmin vaxt Rusiyadan sonra yalnız Ukraynada, Qazaxıstanda və biz də yaradılmışdır.

Lakin etiraf etməliyik ki, həmkarlar ittifaqları işlərini bu imkanlara layiq tələb olunan səviyyədə qurulmasına nail olmayıblar.

Üç ildən bir bağlanan Baş kollektiv Sazişdə nəzərdə tutulur ki, “ Sosial tərəfdaşlıq haqqında ” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq və qəbul edilməsi üçün birgə səylər göstərmək.Bu həmişə təkrarlanır, ancaq həll olmamasının səbəbidə həmkarlar ittifaqı üzvlərinə məlum deyil.

Prezidentimizin AHİK-in VIII qurultayına ünvanladığı məktubda “ həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi “ prinsipi xüsusi vurğulanır.Bu həmkarlar ittifaqlarının həyatında çox ciddi vacib məsələdir.

Həqiqətəndə mənafeləri üst-üstə düşməyən üzvlərin bir təşkilatda olması səmərəli ola bilməz.Peşə prinsipinə mütləq riayət olunmalıdır.

Həmkarlar ittifaqlarının üzvləri yay mövsümündə sanatoriyaya, istirahət mərkəzlərinə yollayış ala bilməyəndə həmkarlar ittifaqından çıxmaq fikrinə düşürlər.Bu o deməkdir ki, yuxarıda qeyd olunduğu kimi üzvlər həmkarlar ittifaqının əsas vacib funksiyalarındanxəbərsizdirlər. Buna görə də sahə həmkarlar ittifaqları kadr və fəalların hazırlanmasına çox ciddi diqqət yetirməlidirlər ki, onlarda üzvlər arasında lazımi maarifləndirmə işi apara bilsinlər.

Yekunda möhtərəm prezidentimiz İlham Əliyevin AHİK-in VIII qurultayının iştirakçılarına müraciətindəki bir tövsiyyəni xatırlatmaq istəyirəm “ sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir ”.

Hüseyn Qaraşov,

Sosiologiya elmləri doktoru, professor