"Tamamilə yanlışdır" - Qətərli nazirdən Trampa Hörmüz MESAJI

21 Sentyabr 2026 02:21 (UTC+04:00)

Qətərin energetika naziri Səad əl-Kəəbi ABŞ-ın maliyyə naziri Skott Bessentin Hörmüz boğazının iki ildən sonra əhəmiyyətini itirəcəyi barədə açıqlamasını yanlış adlandırıb.

"Bloomberg"in məlumatına görə, nazir bu barədə bazar günü Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda danışıb. "Düşünürəm ki, bu, tamamilə yanlışdır", – deyə Əl-Kəəbi bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı yalnız neft və qaz ticarəti üçün deyil, digər növ malların daşınması baxımından da mühüm marşrutdur. Buna görə də boğaz öz əhəmiyyətini itirə bilməz.

Mətləb