Çin və ABŞ arasında ticarət məsləhətləşmələri başlayıb

21 Sentyabr 2026 01:03 (UTC+04:00)

Çinlə ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr başlayıb. Çin nümayəndə heyəti Nyu-Yorkda ABŞ rəsmiləri ilə ticarət-iqtisadi məsləhətləşmələrə başlayıb. "Xinhua" agentliyinin məlumatına əsasən, danışıqlar sentyabrın 20-də yerli vaxtla günün birinci yarısında başlayıb.

Danışıqlarda Çin tərəfini Dövlət Şurasının Baş nazir müavini He Lifeng təmsil edir. Çin Ticarət Nazirliyi daha əvvəl iki ölkə arasında ticarət-iqtisadi danışıqların aparıldığı səfərin sentyabrın 23-dək davam edəcəyini bildirmişdi.

Mətləb