Cəlilabadda ağır yol qəzası baş verib. SİA Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobil “VAZ-21099” markalı nəqliyyat vasitəsini ötmək istəyərkən manevri düzgün yerinə yetirməyib. Nəticədə “Toyota Prius” əvvəlcə “VAZ-21099”a çırpılıb.
Zərbənin təsirindən idarəetməni itirən avtomobil daha sonra qarşı tərəfdən gələn “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər – 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.
Mətləb