Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb

20 Sentyabr 2026 19:16 (UTC+04:00)

Cəlilabad rayonunda zəncirvarıı yol-nəqliyyat hadisəsi baş verib, 2-i azyaşlı olmaqla, 3 nəfər xəsarət alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Toyota Prius" markalı minik avtomobili əvvəlcə "VAZ-21099", daha sonra "VAZ-2107" markalı minik avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü S. Diniyev və K. Diniyev xəsarət alıblar.

Araşdırma aparılır.