Bu gün Ərbil hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Al-Hadath” xəbər verir ki, Ərbildə bir neçə partlayış səsi eşidilib.
Digər mənbələr isə Ərbil hava limanının yaxınlığında güclü partlayış baş verdiyini və bundan sonra havaya tüstü buludlarının qalxdığını bildiriblər.
SİA-nın məlumatına görə, bu arada “Reuters“ təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, İraqın Kürdüstan Regional Administrasiyasında Ərbil hava limanının yaxınlığında hava hücumundan müdafiə sistemləri bir dronu vurub.
“Al-Ahad” dronun Ərbil hava limanının ətrafını hədəf aldığını yazıb.