...Ukraynanın raket və pilotsuz təyyarə hücumu Moskvada hava nəqliyyatını iflic etdi.
Yüzlərlə uçuş ləğv edildi və ya təxirə salındı.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dialog.UA yazır.
Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında baş verən hücum səbəbindən təcili olaraq "Xalça" planı tətbiq edildi.
Təyyarələrin qalxması və enişi qadağan edildi. Rusiya Federasiyasının paytaxtına gedən uçuşlar geri qayıtmaq və ya digər hava limanlarına uçmaq məcburiyyətində qaldı.
Təkcə Şeremetyevoda 50 uçuş ləğv edilib, təxminən 200 uçuş 4 saat və ya daha çox müddətə təxirə salınıb.
Hava limanları sərnişinlərlə doludur. 20 sentyabr gecəsi Ukrayna tammiqyaslı müharibə dövründə Moskva və Moskva bölgəsinə ən böyük dron-raket hücumu həyata keçirib.
Moskva meri Sergey Sobyanin 1,6 min, Rusiya Federasiyası Müdafiə Nazirliyi isə təxminən 1100 PUA-nın ələ keçirildiyini bildirib.
Hücumun əsas hədəfləri Moskva Neft Emalı Zavodu, CHP və böyük anbar kompleksi olub.
Əli Babayev