Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin işlə təmin edilib

20 Sentyabr 2026 11:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhərinə, Xocalı, Xocavənd və Ağdərə rayonlarına köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 3867 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan 3723 şəxsin məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib.

Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.