Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02 (UTC+04:00)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaqda dördüncü əməliyyat həyata keçirilib.

SİA "Haber Global"a istinadən xəbər verir ki, İstanbul və Tekirdağda İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili tibbi yardım sürücüsü Süleyman Kaba, həbsxanaın ovaxtkı rəisi Ömər Vətən və növbə rəisi Kazım Beyke saxlanılıb.

Mətləb