Ərdoğan bu gün ABŞ-a gedir

20 Sentyabr 2026 02:21 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək. SİA xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.

Bildirilib ki, Ərdoğan səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak edəcək.

Məlumata görə, Türkiyə lideri BMT-nin baş katibi ilə yanaşı, müxtəlif ölkələrin liderləri ilə bir araya gələcək.

Mətləb