Almaniyalı general NATO Hərbi Komitəsinin yeni rəhbəri seçilib

20 Sentyabr 2026 00:02 (UTC+04:00)

Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) baş müfəttişi Karsten Broyer NATO Hərbi Komitəsinin yeni rəhbəri seçilib və 2027-ci ilin yayının əvvəlində vəzifəsinin icrasına başlayacaq. SİA-nın məlumatına görə, bu barədə italiyalı admiral və komitənin hazırkı rəhbəri Cüzeppe Kavo Draqone "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, NATO-nun 32 ölkəsinin hərbi rəhbərlərinin iştirak etdiyi səsvermə Kopenhagendə keçirilən görüşdə baş tutub.

"Sizin sağlam düşüncəniz, bu alyansı dərindən bilməyiniz və Almaniya Silahlı Qüvvələrinə rəhbərliyiniz NATO-nun xeyrinə olacaq. Baş qərargah rəisləri avroatlantik təhlükəsizlik üçün çətin bir məqamda sizə etimad göstərdilər", - Draqone 61 yaşlı Broyeri təbrik edərək yazıb.

Almaniya Quru Qoşunlarının hazırkı komandanı general-leytenant Kristian Froydinqin ilin sonunadək baş müfəttiş postunda Broyeri əvəz edəcəyi gözlənilir. Qeyd edək ki, Hərbi Komitə NATO-nun ali hərbi orqanıdır, onun sədri isə baş katibin baş hərbi məsləhətçisidir.

Mətləb