İsrail Livanda minaya düşdü

19 Sentyabr 2026 22:19 (UTC+04:00)

İsrail ordusunun mühəndis maşını Livanın cənubunda minaya düşüb. SİA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, avtomobil Hizbullah üzvləri tərəfindən yerləşdirilmiş partlayıcı qurğu ilə partladılıb.

Partlayış nəticəsində İsrailin 2 əsgəri yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb. Məlumata görə, İsrail ordusu cavab olaraq Livanın bir neçə ərazisində Hizbullahın hərbi infrastruktur obyektlərinə zərbələr endirib.

Mətləb