Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

19 Sentyabr 2026 13:23 (UTC+04:00)

Polis əməkdaşları tərəfindən ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 tüfəng, 6 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.