Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43%-ə yaxın artırılır

19 Sentyabr 2026 10:46 (UTC+04:00)

2027-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələri 600 milyon manat dividend ödəməlidir. Bunun 450 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 150 milyon manatı isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin öhdəliyidir.